İranın vitse-prezidenti Bakıda səfərdədir

6 Sentyabr 2012 07:21 (UTC+04:00)
İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri Həsən Musəvi Bakıda səfərdədir. APA-nın İRİB-ə istinadən məlumatına görə, H. Musəvi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Azərbaycan Turizm Assosiasiyasının təşkilatçısı ilə "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adı altında sentyabrın 6-7-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Eyni zamanda H. Musəvinin səfər proqramına ÜTT-nin baş katibi Taleb Rifai, ÜTT-yə üzv dövlətlərin mədəniyyət və turizm nazirləri ilə görüşmək, Şirvanşahlar sarayını və Azərbaycan Respublikasının bir sıra muzeylərini ziyarət etmək daxildir.

AzNews.az