Londondan daha bir medal qazandıq

6 Sentyabr 2012 08:57 (UTC+04:00)
Londonda davam edən yay paralimpiadası çərçivəsində Rza Osmanov, Oleq Panyutin, Elçin Muradov və Vladimir Zayets "dördlüy"ü estafet yürüşündə ölkəmizə medal qazandırmağa çalışıb.

İdmançılarımız təsnifat mərhələsində Kanada və Tailand təmsilçiləri ilə mübarizə aparıblar və 44.35 nəticə ilə finala çıxıblar. Finalda isə Çin, İspaniya və Rusiya atletlərindən güclü olmaq lazım idi. Lakin atletlərimizin səyləri yalnız üçüncü yeri tutmağa şərait yaradıb. Beləcə, Azərbaycan paralimpiya yığması daha bir bürünc medala sahib çıxıb.

Bahadur
AzNews.az