Elnarə Abdullayeva: “Bəyəm ağlamaq asandır?”

6 Sentyabr 2012 10:16 (UTC+04:00)
"Hamı deyir ki, Elnarə muğamdan çox mərsiyə deyir, ağlayır. Əgər mənim səsimdə, ifamda mərsiyə duyulursa, nə gözəl. Bəyəm ağlamaq asandır? Muğam nədir? O elə mərsiyə üstündə yazılıb da. Amma bircə muğam ifaçısı göstərin ki, mərsiyə deyə bilsin". Bunu AzNews.az-a müğənni Elnarə Abdullayeva dedi.

E.Abdullayevanın sözlərinə görə, bu ağır yükü onun çiyinlərinə müğənni Əli Mirəliyev qoyub: "Əli Mirəliyev deyib ki, Elnarə mərsiyə oxuyur. Deyirəm sən buna bir bax, kişi özü də bilmədən boynuma ağır yük qoyub. Bilirsən, necə gözəl söz deyib, məni qaldırıb yuxarı qoyub? Mən muğam sənətində öz səsimə görə yeganə xanəndəyəm".

Bahar
AzNews.az