Güney Azərbaycandan ermənilərə etiraz

6 Sentyabr 2012 12:15 (UTC+04:00)


Güney Azərbaycanda yaşayan soydaşlarımız ermənilərə müraciət edərək azərbaycanlılara qarşı terror hədələrinin dayandırılmasını tələb ediblər. Siyasi və milli fəalların başlatdığı aksiya çərçivəsində ermənilərə müraciət ünvanlanıb.

AzNews.az-a daxil olan və sosial mediyada böyük maraqla qarşılanan müraciətdə bildirilir: "Son zamanlar Ramil Səfərovun Macarıstandan Azərbaycana gətirilməsi və azadlığa buraxılması ilə əlaqdar erməni terror dəstələrinin fəallaşması və Azərbaycan vətəndaşlarına hədə- qorxu gəlməsi Cənubi Azərbaycanlıları hiddətləndirib. və hər hansı terror hərəkətinin dünyadakı bütün azərbaycanlılara qarşı zorakılıq hesab ediləcəyini vurğulayırıq".

Müraciət müəllifləri azərbaycanlıların öz torpaqlarından didərgin salındığını bir daha vurğulayaraq İran ərazisində, o cümlədən Güney Azərbaycanda çox sayda erməninin tam təhlükəsizlık şəraitində yaşadığını bildirıblər.

E.Əlosmanqızı
AzNews.az