Rasmussen Azərbaycandadır

7 Sentyabr 2012 08:08 (UTC+04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen sentyabrın 6-da Azərbaycana rəsmi səfərə gəlib. Baş katibi Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, NATO baş katibi Azərbaycana regiona səfəri çərçivəsində gəlib. Dünən o, Ermənistan və Gürcüstanda səfərdə olub.

AzNews.az