Yükdaşımada tariflər artdı

7 Sentyabr 2012 08:48 (UTC+04:00)


Dövlət Statistika Komitəsindən (DSK) AzNews.az-a verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,5 faiz ucuzlaşıb, ixrac üzrə 13,6 faiz, idxal üzrə 8,8 faiz, tranzit üzrə 0,1 faiz bahalaşıb.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5 faiz və 0,6 faiz bahalaşıb, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 1,6 faiz ucuzlaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz bahalaşıb.

Telekommunikasiya sektorunda mobil telefon rabitəsi üzrə tariflər 1,5 faiz bahalaşıb, internet tarifləri isə 3,1 faiz ucuzlaşıb.

İlkin
AzNews.az