Ölkədə 40-a yaxın arxeoloji ekspedisiya keçirilib

7 Sentyabr 2012 09:22 (UTC+04:00)
Azərbaycan arxeloqları tərəfindən il ərzində 40 - a yaxın arxeoloji ekspedisiya təşkil edilib. Bu ekspedisiyalar zamanı minlərlə arxeoloji materiallar tapılaraq öyrənilib.

Bu barədə məlumatı AzNews.az-a AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor muavini Nəcəf Müseyibli verib.

Direktor müavini tapılan arxeoloji materiallar arasında xüsusi əhəmiyyətinə görə fərqlənənləri də sadalayıb. Bildirib ki, Gəncə-Qazax bölgəsində qədim daş dövrünə ald tapılan arxeoloji abidələr, Qəbələdə eneolit dövrünə aid maddi-mədəniyyət nümunələri, Goranboy, Ağstafa və Naxçıvanda tunc dövrünün müxtəlif mərhələlərinə ail qəbir abidələri xüsusi əhəmiyyəti ilə fərqlənir:"Arxeoloji ekspedisiyalar hələ davam edir. Bu il arxeoloji qazıntılarla və tapılan maddi-mədəniyyət nümunələri ilə zəngin olub".

E.Əlosmanqızı
AzNews.az