Hökumətin 6 min evi zəlzələyə dözmədi

7 Sentyabr 2012 10:58 (UTC+04:00)
Avqustun 11-də Şərqi Azərbaycanda baş verən zəlzələdə hökumət tərəfindən tikilərək 6 min ev tamamilə dağılıb. Bunu İLNA xəbər agentliyinə müsahibəsində Şərqi Azərbaycan Valiliyinin rəsmisi Murtaza Şəhbazi bildirib: "Əhər və Vərzəqanda baş verən zəlzələdə hökumət tərəfindən tikilən 6 000 ev təmamilə dağılıb. Bu evlərin tikilməsinin heç bir ili tamam olmamışdı".

Zəlzələ zamanı evlərini itirən insanların durumunun acınacaqlı olduğunu deyən valilik rəsmisi bölgədəki soyuq hava şəraitinin vəziyyəti böhran həddinə çatdıracağını vurğulayıb: "Zəlzələdən əziyyət çəkənlərə ciddi yardımlar edilməsə, onlar yaxın günlərdə şəhərlərə köçəcəklər. Onların şəhərlərə köçməsi özü də digər bir problemin başlanması deməkdir".

Alpər
AzNews.az