Teatrlar Elçin Hüseynbəylinin əsərlərindən imtina edib

7 Sentyabr 2012 12:03 (UTC+04:00)


"Sezar" əsərini hansı rejissor səhnəyə qoyarsa, o, Azərbaycan dram janrında tarixə imza atacaq". Bunu AzNews.az-a yazıçı, dramaturq Elçin Hüseynbəyli dedi.

E.Hüseynbəylinin sözlərinə görə, o, bu əsəri ötən teatr mövsümündə Akademik Milli Dram Teatrına təqdim edib. Amma teatrın direktoru İsrafil İsrafilov "Sezar"ı bəyəndiyini dilə gətirsə də, onu repertuara salmayıb: "Mən bu əsəri teatra verdim. Bəyəndilər. Amma onu repertuara salmadılar. Bu əsər Azərbaycan dövlətinin problemlərini özündə əks etdirir. Hər halda bu mövsümdə onun repertuara salınacağına ümid edirəm".

Dramaturqun "Qacaq qocalar" adlı əsərinin də bəxti açılmayıb: "Mən bu əsəri Gənc Tamaşaçılar Teatrına təqdim etdim. Cənnət Səlimova əsəri oxudu və bəyəndi. Söz verdi ki, onu repertuara salacaq, amma nəticədə vədinə yalan çıxdı".
Qeyd edək ki, "Qaçaq qocalar" adlı əsərə İrəvan Dövlət Dram Teatrında quruluş veriləcəyi gözlənilir.

Bahar
AzNews.az