“Amnesty internatioanal” da mövqe bildirdi

7 Sentyabr 2012 12:43 (UTC+04:00)


"Amnesty international" təşkilatı Ramil Səfərovun ekstradisiyası və əvf olunması ilə bağlı münasibət açıqlayıb. AzNews.az-ın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, təşkilat Səfərovun ekstradisiyasından narahatlığını ifadə edib və Qurqen Marqaryanın qətlini etnik zəmində törədilmiş cinayət kimi təqdim edib. Təşkilat eyni zamanda qeyd edib ki, onlar bu tipli cinayətlərin təkrarlana biləcəyindən narahatdırlar.

Qeyd edək ki, Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan Amnesty international təşkilatı indiyə qədər bir dəfə də olsun Xocalı soyqırımına münasibət bildirməyib və erməniləri qınayan bəyanat yaymayıb.

Sadiq
AzNews.az