Paytaxt müəllimləri konfransa toplaşır

7 Sentyabr 2012 18:01 (UTC+04:00)
Sentyabrın 10 - da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtın təhsil işçilərinin konfransı keçiriləcək. Konfransda təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, millət vəkilləri, icra hakimiyyəti başçıları iştirak edəcək.

BŞTİ-dən AzNews.az-a verilən məlumata görə, konfransda BŞTİ müdiri N.Rzaquliyeva 2011 - 2012-ci tədris ilinin yekunlarına həsr edilən məruzə ilə çıxış edəcək. Yeni tədris ilində qarşıda duran vəzifələr və təhsil yenilikləri də konfransın müzakirə mövzusu olacaq.

E.Əlosmanqızı
AzNews.az