Ümumdünya Şahmat Olimpiadasında 9-cu yerdəyik

7 Sentyabr 2012 14:50 (UTC+04:00)
Azərbaycanın kişilərdən ibarət komandası Ümumdünya Şahmat Olimpiadasında doqquzuncu turdan sonra 13 xalla 9-cu yerdədi. Turnirə 15 xal toplayan dörd komanda liderlik edir. Ukrayna, Hollandiya və Argentina komandaları hərəyə 14 xal toplayıblar.

Azərbaycan yığması ilə yanaşı, Filippin, Almaniya, Polşa, Macarıstan, Vyetnam, Çexiya, Belarus və Danimarka komandalarının aktivində 13 xal var. Azərbaycanın qadınlardan ibarət yığması da Gürcüstan komandası üzərində sensasiyalı qələbədən (2,5:1,5) sonra 13 xalla 9-cu yerdədi.
Qeyd edək ki, Çin 16 xalla turnerə liderlik edir.

Bahadur
AzNews.az