Rasmussen Bakı küçələrində qaçdı - Foto

7 Sentyabr 2012 18:33 (UTC+04:00)
Bakıya səfərə gəlmiş NATO-nun baş katibi Anders Rasmussen bu gün səhər paytaxtımızın təmiz havasını udmaq niyyətində olub. AzNews.az Modern.az-a istinadən xəbər verir ki, ənənəvi günlük qrafikinə sadiq olan NATO şefi səhər saatlarında Bakı küçələrində qaçaraq xeyli məsafə qət edib.
Bakıda qaçmasını təsdiqləyən şəklini A.Ramussel Facebook sosial şəbəkəsində özünün səhifəsində yerləşdirib.

Elza
AzNews.az