Azərbaycan millisi İsraillə heç-heçə etdi

7 Sentyabr 2012 22:28 (UTC+04:00)
Futbol üzrə Azərbaycan milli yığma komandası Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Bu gün Berti Foqtsun yetirmələri İsrail komandası ilə görüşüb və 1:1 hesabılə heç-heçə edib.

Komandamızın heyətində Ruslan Abışov fərqlənib. Onu da qeyd edək ki, seçmə mərhələdə ikinci oyunumuzu sentyabrın 11-də Braqa şəhərində Portuqaliya millisinə qarşı keçirəcəyik.

Emin
AzNews.az