Kanada İran səfirliyini bağlayır

8 Sentyabr 2012 08:46 (UTC+04:00)
Kanada ölkəsindəki kanada səfirliyini bağlayır və iranlı diplomatları ölkəsindən xaric edir. AzNews.az-ın cbc.ca saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Kanada Xarici İşlər naziri Con Beyrd şəxsən açıqlayıb.

O, həmçinin səfirliyinin bağlanmasına aydınlıq gətirərkən bildirib ki, İran terrorizmi dəstəkləyən dövlətdir və biz bu ölkəni öz qara siyahımıza daxil etmişdik. Kanadalı XİN rəhbəri öz nitqlərində İranı insan haqlarının pozulmasına görə də bir neçə dəfə ittiham edib və bu ölkəni insan haqlarının qorunması baxımından ən pis ölkə adlandırmışdı.

Qeyd edək ki, İranla Kanada arasında diplomatik və iqtisadi səviyyədə münasibətlər 1979-cu il islam inqilabından sonra daimi gərgin olub.

Sadiq
AzNews.az