2 min erməni Qarabağı tərk edib

8 Sentyabr 2012 09:13 (UTC+04:00)
Erməni hökumətinin Qarabagda apardığı məskunlaşdırma prosesi ləng gedir və istənilən nəticəni vermir. Bu barədə İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan bildirib.

Dekanını sözlərinə görə, 1994-cü ildən başlayan bu proses nəticə verməyib. 2001-ci ildə qəbul edilən proqrama əsasən 10 il ərzində hər il 1200 ailə olmaqla ümumilikdə 67 min nəfərin yerləşdirilməsi nəzərdə tutulsa da, proqram həyata keçirilməyib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində 25-30 min insan məskunlaşdırılıb. Son zamanlar isə Qarabağdan miqrantların sayının artması barədə narahatlıqlarını dilə gətirən dekan bu sayın 2 min nəfərə yaxın olduğunu deyib.

Yaranan vəziyyəti aradan qaldırmaq üçün Minasyan təkliflərlə də çıxış edib. Bildirib ki, investisiya proqramları icra olunmalı, xarıcı ölkələrdən insanları cəlb etmək üçün Qarabağdakı sosial-iqtisadı vəziyyəti yaxşılaşdırılmalıdır.

E.Əlosmanqızı
AzNews.az