Azər Mirzəyevə xəstəxanada baş çəkən yoxdur

8 Sentyabr 2012 11:00 (UTC+04:00)
"Azər Mirzəyevin vəziyyəti bir necə gündür ki, pisləşib. Amma Akademik Mili Dram Teatrının direktoru İsrafil İsrafilovdan başqa bizə dəstək olan olmayıb". Bu sözləri AzNews.az-a Əməkdar artist Azər Mirzəyevin həyat yoldaşı Sevinc Mirzəyeva dedi.

S.Mirzəyevanın sözlərinə görə, aktyor hazırda Mərkəzi Klinik Xəstəxanada müayinə olunur: "Analizləri yoxlanılır və həkimlər onun cərrahiyyə əməliyyatı olacağını deyirlər. Bilmirəm necə olacaq? Aktyora aortanın anevrizmi diaqnozu qoyulub".

Xatırladaq ki, Əməkdar artist may ayında insult olub və bir müddət müalicə edilib.

Bahar
AzNews.az