İran XİN-i Kanadadakı səfirliyin bağlanmasına münasibət açıqladı

8 Sentyabr 2012 11:33 (UTC+04:00)


AzNews.az-ın İrna xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İran XİN təmsilçisi Ramin Mehmanpərəst səfirliyin bağlanmasında İsraili və Britaniyanı ittiham edib. "İrqçi Kanada hökuməti İsrailin və Britaniyanın diktəsi ilə bu addımı atıb". O, həmçinin əlavə edib ki, bu, Kanada baş naziri Stiven Xarperin anti-İran siyasətinin davamıdır.

Xatırladaq ki, Kanadadakı İran səfirliyi ötən gün bağlanıb, diplomatlar isə artıq bu ölkəni tərk ediblər.

Sadiq
AzNews.az