BMT-nin qurumu Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvindən narahatdır

8 Sentyabr 2012 11:40 (UTC+04:00)


AzNews.az APA-ya istinadən xəbər verir ki, BMT İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, komissarlığın mətbuat katibi Rupert Kolvill Cenevrədə keçirdiyi brifinqdə ağır cinayətlərə görə məsuliyyətə dair beynəlxalq standartlara riayət olunmasının zəruriliyini bildirib.

O qeyd edib ki, etnik nifrət hissindən doğan bu cür ağır cinayətlər pislənməli, cinayəti törədənlər isə cəzalandırılmalıdır. Rupert Kolvill ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələ ilə bağlı narahatlığını bölüşdüklərini deyib.

Elza
AzNews.az