Zəlzələ 80-dən çox adamın həyatına son qoydu

8 Sentyabr 2012 11:52 (UTC+04:00)
Çinin cənub-qərbində baş vermiş 5,7 bal gücündə zəlzələ nəticəsində 80-dən çox adamın öldüyü bildirilir. Eyni zamanda, təxminən 730 nəfərin də xəsarət aldığı açıqlanıb. Təbii fəlakət qurbanlarının sayının artacağı istisna edilmir.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində 740 min nəfər zərər görüb. Zəlzələnin vurduğu maddi ziyan isə azı 500 milyon dollar dəyərindədir.

Yeraltı təkanların episentri Yunan əyalətində qeydə alınsa da, qonşu Quyçjou əyaləti də zəlzələdən zərər çəkib. Burada insan itkisi olmayıb, lakin iki əyalətdə ümumilikdə 30 minə yaxın ev dağılıb, 100 minə yaxın sakin evakuasiya edilib.

Sevinc
AzNews.az