Aygün Kazımova həmkarlarını nankorluqda qınadı

10 Sentyabr 2012 09:14 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova bəzi həmkarlarını nankorluqda ittiham edib. A.Kazımova AzNews.az-a bildirib ki, Azərbaycanın yaradıcı insanlarıya çalışan bəzi həmkarları bu gün onları bəyənmirlərsə, bunu düzgün əməl hesab etmir: "Sənət yoldaşlarım öz aranjimançılarımızla, rejissorlarımızla, bəstəkarlarımızla və başqa yaradıcı şəxslərlə çalışıb ad qazanıblarsa, bu gün isə onları bəyənmirlərsə, bunu qəbul etmirəm".

Buna baxmayaraq, A.Kazımova özü də Türkiyənin yaradıcı komandasıyla çalışdığını və Bakıdakı işlərini türk aranjimançısına həvalə etdiyini deyib: "Artıq bir ildir ki, aranjimançı Hakan Erolla və şairə Leyli İsrafilovayla birlikdə çalışıram. Onlar Bakıdakı işlərimi görürlər. Gördüyüm işlər də dillər əzbəri olub. "Bir gecəlik", "Səssiz mahnı" və s. yeni mahnılarımız da var ki, onlar da öz növbələrini gözləyir".

Fuad Mədətov
AzNews.az