Müəllimlər bölgələrə getmək istəmir

10 Sentyabr 2012 09:31 (UTC+04:00)
"Bu il 3000 müəllim işə qəbul olub. Sənəd verənlərin sayı isə 16000 nəfər olub". Bu barədə məlumatı Təhsil Naziri Misir Mərdanov bildirib: "Müəllimlər Kompyuter vasitəsi ilə ədalətli şəkildə seçilir. Mən bu işə qarışmıram. Məktəbə məbəd kimi baxırıqsa hər adamı göndərməyə mənəvi haqqımız yoxdur".

Nazir bildirib ki, bölgələrdə vakant müəllim yerləri var. Bəzi müəllimlər isə bölgələrə getmək istəmir.

Elnarə
AzNews.az