“Kurtlar Vadisi” təkcə anonsdan 1 milyon dollar pul qazandı

10 Sentyabr 2012 10:00 (UTC+04:00)
Bütün dünyada izlənilən və artıq 10 ilə yaxındır silsilə şəkildə davam edən "Kurtlar Vadisi" serialı heç kimin gözləmədiyi uğura imza atıb. Son 1 ildə istədikləri reytinqi ala bilməyən serial təşkilatçıları yeni mövsümün anonsunda 40 milyon baxıcı kütləsi ilə "Youtube"da dünya rekordunda ilk dördlüyə girməyi bacarıblar.

Anonsda Memati öz toyunda güllələnir. Onun ağlayaraq cənazəsini yuyan Poladın son sözləri və Mematinin ruhunun ona təsəllisi göstərilir. Filmin rejissor və prodüserlərinin dediklərinə görə, bu anonsun bu qədər səs gətirəcəyini özləri belə fikirləşməyiblər. Təkcə internetdə anonsun baxışından 1 milyon dollar pul qazanan prodüser, yeni mövsümdə daha da mükəmməl səhnələrin olacağına söz verib.

Əminə
AzNews.az