Rəqqasə Fatimə bu dəqiqələrdə xəstəxanadadır – EKSKLÜZİV - YENİLƏNİB

10 Sentyabr 2012 12:45 (UTC+04:00)
Rəqqasə Fatimə Fətəliyeva qəfil səhhətinin kəskin halda pisləşməsiylə bağlı açıqlama verib. AzNews.az-a danışan F.Fətəliyeva bildirib ki, vəziyyəti yaxşılığa doğru dəyişməyib və üstəlik bədəninin sol tərəfi hərəkətsizdir:

"Jurnalist zəng edib mənə şəxsi həyatımla bağlı müxtəlif suallar verdi. Mən də şəxsi həyatımla bağlı suallara cavab vermədiyimi ona bir neçə dəfə dedim. Amma faydasız oldu. Məni əsəsbləşdirməyə başladı. Bundan sonra özümü pis hiss etdim, halım dəyişdi. Təcili Tibbi Yardım çağırdıq. Sakitləşdirici iynə vurdular, evdə ürəyimin kardeoqramasını da çıxartdılar. Bədənimin sol tərəfi hərəkətsizdir. Sabah həkimə gedəcəyəm ki, bir daha müayinə etsinlər".

***

13:58
Rəqqasə Fatimə Fətəliyevanın səhhəti qəfil pisləşib. Bu barədə AzNews.az-a rəqqasənin köməkçisi Aysel deyib. O, bildirib ki, rəqqasəyə tanımadığı jurnalist zəng edib və onunla danışdıqdan sonra vəziyyəti kəskin halda dəyişib:

"Fatiməyə hansısa jurnalist zəng elədi. Dəstəyi asdıqdan sonra özünü pis hiss etməyə başladı. Təzyiqi qalxdı. Təcili Tibbi Yardım çağırdılar. Həkimlər ona sakitləşdirici iynə vurdular. O, hazırda yatıb".

Fuad Mədətov
AzNews.az