Polis 12 nəfəri həbs edib

10 Sentyabr 2012 12:23 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 28 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər"lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 12 nəfər tutulub.

Elxan
AzNews.az