Dünyanı güldürən görüntü -VİDEO

21 İyul 2014 15:59 (UTC+04:00)
Bu it və körpə internetin yeni fenomeni olub. Onların video görüntülərini qısa müddət ərzində yüzlərlə insan izləyib.

Görüntülərdə körpə öz oturacağında oturub. Valideynləri onun ağlamaması üçün qarşısına müxtəlif oyuncaqlar düzübər.

Lakin evin iti uşağın oyuncaqlarından biri ilə oynamaq istəyinə düşüb və onu uşağın üzərindən götürüb. Bundan sonra ağlamağa başlayan uşağı sakitləşdirmək itin üzərinə düşüb. Uşağın qışqırığından qorxuya düşən heyvan evdəki oyuncaqları bir bir uşağın yanına daşımağa başlayıb.

Uşaq sakitləşsədə it dayanmayıb və onun üzərini oyuncaqlarla tamamilə örtüb. (anspress)