Kabul aeroportunda partlayış

22 İyul 2014 07:21 (UTC+04:00)
Çərşənbə axşamı Əfqanıstan paytaxtı Kabil aeroportu ərazisındə güclü partlayış baş verib.

AzNews.az-ın məlumatına görə, partlayış aeroport binasının şimal tərəfində baş verib.

Yerli KİV məlumat verir ki, bomba yüklü terrorçu motosikletlə özünü Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) bazasına çırpaq istəyərkən təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb.

Həlak olanlar və dağıntı barədə hələ ki, məlumat yoxdur.

AzNews.az