Azərbaycanla Türkiyə arasında 5 sənəd imzalanacaq

10 Sentyabr 2012 12:43 (UTC+04:00)
Sentyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşdə 5 dövlətlərarası sənədin imzalanacağı gözlənilir. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həyata keçirilən tədbirlər müzakirə mövzusu olacaq. Azərbaycana səfərindən sonra Ərdoğan sentyabrın 12-də Ukraynaya yola düşəcək.

E.Əlosmanqızı
AzNews.az