Litva Rusiyaya qarşı aşkar mübarizəyə keçdi

22 İyul 2014 11:45 (UTC+04:00)
Litva Malayaziyaya məxsus təyyarənin vurulması ilə bağlı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təkid edir.

AzNews.az-ın məlumatına görə, Litva xarici işlər naziri Linas Linkyaviçyus Avropa İttifaqı ölkələrinin diplomatiya qurumlarının rəhbərlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib ki, təcili olaraq, Ukraynanın Donetsk vilayətini ələ keçirərək, burada qondarma "Donetsk Xalq Respublikası" yaradan separat təşkilata terrorçu statusu vermək lazımdır.

O, Rusiya silahının ixracına embarqo qoymağın vaxtının çatdığını da qeyd edib.

Aydan Axundova
AzNews.az