1 ton 200 kiloqram çətənə kolu aşkarlandı

23 İyul 2014 11:33 (UTC+04:00)
Zaqatalada yabanı halda bitmiş 1500 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən Danaçı kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.

AzNews.az