Azyaşlı uşağı at vurdu

23 İyul 2014 15:15 (UTC+04:00)
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün saat 16.50 radələrində Maştağa qəsəbəsindən şəxsiyyəti məlum olmayan 8-10 yaşlarında oğlan uşaq bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, Maştağa qəsəbəsində yolun kənarı ilə hərəkət edən uşağı at vurub.

AzNews.az