“Apple“ şirkətinin 12 sentyabr surprizi

10 Sentyabr 2012 14:24 (UTC+04:00)
iPhone 5-in satışa təqdim olunacağı tarixlə bağlı daha bir maraqlı məqam nəzərə çarpıb. Belə ki, ABŞ-ın "Apple" korporasiyası sentyabrın 12-də San-Fransiskoda keçirəcəyi təqdimat mərasimi ilə bağlı jurnalistlərə dəvətnamələr yollayıb.

Mərasimdə iPhone smartfonunun yeni versiyası olan iPhone 5 nümayiş olunacaq. Dəvətnamə "It`s almost here" ("O, demək olar ki, buradadır") cümləsi və 5 rəqəmi formasında kölgə salmış 12 rəqəmindən ibarətdir. Kölgə iPhone 5-ə işarədir.

Həmçinin tədbirdə iPad planşet kompüterinin yeni versiyası - iPad mini də təqdim olunacaq. iPhone 5-in satışa sentyabrın 21-də çıxarılacağı bildirilir.

Səadət Abbaslı
AzNews.az