Yaşayış binasında yanğın oldu
24 İyul 2014 15:29 (UTC+04:00)
Bu gün paytaxtın Nərimanov rayonu ərazisində yaşayış binasında yanğın hadisəsi baş verib.
AzNews.az-ın məlumatına görə, hadisə rayonun Aşıq Alı küçəsi,4A ünvanında yerləşən binanın 7-ci mərtəbəsindəki mənzilində başlayıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovun digər mənzillərə ciddi ziyan vurmasına imkan verməyiblər. Yanğın FHN-nin əməkdaşlarının səyi nəticəsində söndürülüb.
Hadisə ilə bağlı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az