İsrail səfirliyi qarşısında aksiya keçirildi- VİDEO+ FOTOLAR
25 İyul 2014 09:22 (UTC+04:00)
Beynəlxalq Qüds günü ilə əlaqədar bu gün Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirilib. FaktXəbər-in məlumatına görə, aksiyanı Azərbaycan İslam Partiyası keçirib. Aksiya təxminən 10-15 dəqiqə çəkib.
Səfirliyin qarşısında şüarlar səsləndirildikdən sonra polis müdaxilə edərək, aksiyanı dağıdıb. Bir neçə nəfər saxlanılaraq, Yasamal rayon 26 və 27-ci polis bölmələrinə aparılıblar.
AzNews.az