Dünya gözəlləri Bakıya gəlir – FOTOSESSİYA

10 Sentyabr 2012 15:16 (UTC+04:00)
"Miss Civilization of The World 2012" Mədəniyyətlər Gözəli müsabiqəsində iştirak edəcək 23 ölkənin təmsilçiləri sentyabrın 12-si paytaxtımıza təşrif buyuracaqlar. Bu barədə AzNews.az-a müsabiqənin təşklat komitəsindən məlumat verilib:

"Gözəllər təşkilatçılar tərəfindən hava limanında qarşılanaraq bir başa hotelə gətiriləcəklər. On gün müddətində onlar həm oteldə qalacaq. Eyni zamanda, böyük finala qədər onlar üçün tərtib olunmuş qrafikə əsasən davranacaqlar. Bura iştirakçıların məşqləri, sponsor görüşmələri və ən əsası, Azərbaycanın bir neçə mədəni-tarixi yerləri ilə tanışlıq daxildir".

Qeyd edək ki, müsabiqənin finalı sentyabrın 22-si Heydər Əliyev Sarayında gerçəkləşəcək.

"Miss Civilization of The World 2012" müsabiqəsinin finalçılarını təqdim edirik.

Fuad Mədətov
AzNews.az