Cəbhədə atəşkəs rejimi 80 dəfə pozuldu

27 İyul 2014 12:56 (UTC+04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 80 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam, Tərtər, Füzuli, Xocavənd, Tovuz və Qazax rayonları istiqamətində atəşkəsi pozaraq mövqelərimizi atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az