Daha bir ana doğuş zamanı öldü -VİDEO

29 İyul 2014 12:22 (UTC+04:00)
Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib.

APA-nın məlumatına görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün əməliyyata qaldırılıb.

Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin N. Əliyeva narkozdan ayılmayıb.

3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən APA-ya faktı təsdiqləyiblər.

Lakin ölümün səbəbləri barədə əlavə açıqlama verilməyib.



AzNews.az