Qəzzada öldürülənlərin sayı 1200-ə çatdı

30 İyul 2014 08:12 (UTC+04:00)
İsrailin Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 1200-dən artıq fələstinli həlak olub və 7 mini yaralanıb. AzNews.az-ın məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Döyüşlərin gedişində 20 məscid tamamilə dağıdılıb.

İsrail ordusu Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 45 hərbi qulluqçusunu itirib.

AzNews.az