Bu gün tanınmış teleaparıcı ilə aktyorun toyudur

10 Sentyabr 2012 16:48 (UTC+04:00)
Bu gün Azərbaycanın iki tanınmış simasının toyudur. AzNews.az-ın məlumatına görə, "İdman Azərbaycan" televiziyasının aparıcısı Könül Muxtarova "Xəzər" televiziyasında yayımlanan "Küləklər şəhəri" serialında çəkilən aktyor Elçin Məmmədliylə ailə qurur.

Toy paytaxtın şadlıq saraylarının birində keçiriləcək. Tədbirdə 45 tanınmış müğənninin iştirakı gözlənilir.

Fuad Mədətov
Aznews.az