Kənan M.M harda saxlanılır? - Açıqlama

30 İyul 2014 15:03 (UTC+04:00)
Müğənni Vüqar Muradovun şikayəti əsasında Binəqədi Rayon Polis idarəsinin 5-ci bölməsinin əməkdaşları tərəfindən saxlanılan rejissor Kənan Mahmudovdan xəbər var. AzNews.az-ın Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsindən aldığı məlumata görə, rejissor bir neçə saat öncə 5-ci bölmənin əməkdaşları tərəfindən idarəyə təhvil verilib:

"Kənan hazırda idarənin müvəqqəti saxlanma təcridxanasındadır".
Qeyd edək ki, bəzi saytlarda rejissorun həbsdən buraxılması xəbəri yayılıb.

İntiqam Valehoğlu
AzNews.az