Səfirliyimiz Luqanskda soydaşımızın qətli ilə bağlı məlumatı araşdırır

31 İyul 2014 11:52 (UTC+04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi daha əvvəl bu ölkənin bəzi KİV-lərinin Luqanskda azərbaycanlının öldürülməsi haqqında yaydığı məlumatı araşdırır. Bunu Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyinin I katibi Asim Osmanov deyib.

Ukrayna KİV-ləri daha əvvəl məlumat vermişdi ki, Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən biri olan Ukraynanın Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərov öldürülüb. Bundan başqa, daha 3 azərbaycanlının güllə yarası aldığı bildirilirdi.

KİV-in məlumatına əsasən, insident dünən axşam saatlarında Luqansk vilayətinin Kamenka kəndinin ətrafında baş verib.

AzNews.az