ABŞ-ın Rusiyadakı səfiri təsdiqləndi
1 Avqust 2014 08:49 (UTC+04:00)
ABŞ Senatı Rusiyada növbəti müddətə fəaliyyət göstərəcək fövqəladə və səlahiyyətli səfirini təsdiqləyib.
AzNews.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qarşıdan gələn dövr ərzində ABŞ-ın Rusiyadakı diplomatik missiyasına Con Teffatın rəhbərlik edəcək.
Səsvermə zamanı respublikaçı-senator Mayk Ençenin Con Teffatın namizədliyinin qarşısını almaq cəhdi uğursuz olub.
Məlumatda o da qeyd edilib ki, ABŞ prezidenti Barak Obama C. Teffatın Senata namizədliyini iyulun 11-də irəli sürüb.
Xatırladaq ki, C. Teffat ABŞ-ın Litva, Gürcüstan və Ukraynadakı səfiri olub.
Məhəmməd
AzNews.az