“Həbs olunan” idmançı AzNews.az-a danışdı

1 Avqust 2014 09:16 (UTC+04:00)
Tanınmış idmançı-məşqçi Kamil Zeynalovun polis tərəfindən saxlanılması xəbəri yalandır. Bu barədə AzNews.az-a idmançının özü məlumat verib. O qeyd edib ki, hazırda Qaxda ailəsi ilə birgə istirahət edir:

"Hazırda müğənni Xatirə İslam da ailəsiylə bizimlədir. Neçə gündür burdayıq. Haqqımda yayılan xəbər tamamilə yalandır".

Qeyd edək ki, bu gün publika.az saytı K.Zeynalovun yol polisi tərəfindən saxlanıldığını və idmançının polisə əl qaldırdığını yazmışdı. Bildirilirdi ki, Zeynalov idmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

İntiqam Valehoğlu
AzNews.az