Türkiyə səfiri Azərbaycana başsağlığı verdi - Foto

1 Avqust 2014 14:50 (UTC+04:00)
Bu gun cəbhə xəttində baş vermiş atışma nəticəsində ordumuzun 11 əsgəri şəhid olub.

AzNews.az xəbər verir ki, bununla bağlı Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri İsmayıl Alper Coşqun Azərbaycana başsağlığı verib.

Səfir bu barədə özünün Tvitter səhifəsində yazıb:

"Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm".



AzNews.az