Ukrayna Rusiyanın 12 aviaşirkətini 9 mln dollar cərimələdi

1 Avqust 2014 19:58 (UTC+04:00)
Ukrayna Dövlət Aviasiya Xidməti Rusiyanın 12 aviaşirkətini ölkənin hava məkanından istifadə qaydalarını pozduğuna görə 9 mln dollar cərimələyib. APA-nın "UNİAN"a istinadən verdiyi xəbərə görə, ən böyük cərimələr "Aeroflot" və "Vim-Avia" şirkətlərinə tətbiq edilib. Siyahıya, həmçinin, dövlətin rəsmi şəxslərinin daşınmasını həyata keçirən "Rossiya" xüsusi uçuş dəstəsi və "Qazprom Avia" şirkəti də daxil edilib.

Cərimələnmiş aviaşirkətlərin siyahısına Krıma uçuşlar həyata keçirən "Dobrolyot" və "Transaero" şirkətləri daxil edilməyib.

AzNews.az