Separatçı Abxaziyanın mərkəzi bankının rəhbəri qəzada öldü

1 Avqust 2014 21:08 (UTC+04:00)
Separatçı Abxaziya respublikasının mərkəzi bankının rəhbəri İllarion Arqun qəza nəticəsində aldığı ağır xəsarətlərdən ölüb.

Salonunda İllarion Arqunun olduğu zirehli avtomobil bu gün Suxumi-Qaqra yolunda qəzaya uğrayıb.

Arqun və onun cangüdəni ağır vəziyyətdə Suxumi şəhər xəstəxanasına çatdırılıblar. Həkimlər mərkəzi bankın rəhbərinin həyatını xilas edə bilməyib.

AzNews.az