Yaralılar Bakıya gətirilir - FOTOLAR

2 Avqust 2014 10:08 (UTC+04:00)
Bu gecə cəbhə bölgəsində yaralanan əsgərlər artıq Bakıya yola salınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, gecə saat 03:00-dən 05:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən 8 əsgərimiz yaralanıb. Yaralılar ağır vəziyyətdə olduqları üçün onları paytaxta yola salınıb.

Yaralılar xüsusi hərbi tibbi yardım helikopteri ilə aparılıb.

Qeyd edək ki, atışma zamanı milli ordumuzun 5 hərbçisinin şəhid olduğu deyilir. Lakin hələlik şəhidlərdən yalnız dördünün kimliyi məlum olub.
Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.

AzNews.az