Fəxrəddin Manafov: “Müharibə olmasın”

2 Avqust 2014 10:25 (UTC+04:00)
"Bu ilk yaşım deyil ki... 59 ildir ki, ad günümü qeyd edirəm. 60-ın bir addımındayam".

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti Fəxrəddin Manafov deyib. Heç kimdən heç nə gözləmədiyini bildirən sənətkar bu əziz günündə bir arzusunu dilə gətirdi: "Allahdan bircə arzum var, can sağlığı, əmin-amanlıq və müharibə olmasın. Əsas budur. İnsanın canı sağdırsa, hər şeyə qadirdir".

Qeyd edək ki, Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir.

1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülub.

Bahar Rüstəmli
AzNews.az