Zakir Həsənov məzuniyyətdən səngərə qayıtdı

2 Avqust 2014 10:32 (UTC+04:00)
Zakir Həsənov Türkiyənin Bodrum şəhərində istirahətdə idi...


Dünən cəbhədə baş verən şiddətli döyüşlər zamanı ölkə xaricində olan Zakir Həsənov birbaşa döyüş bölgəsinə gəlib.

AzNews.az xəbər verir ki, bu barədə axar.az-a məlumat etibarlı mənbələrdən daxil olub. Bildirilir ki, Zakir Həsənovun dünənə qədər rəsmən məzuniyyətdə imiş:

"Zakir Həsənov dünən bu xəbəri eşidəndən sonra dərhal Bakıya qayıdıb. O, rəsmi məzuniyyətində olub. Zakir Həsənov həmin vədədə Türkiyənin Bodrum şəhərində istirahətdə idi".

Mənbəmizin bildirdiyinə görə, general-polkovnikə hadisə məruzə ediləndən dərhal sonra ölkəyə qayıdıb. Hazırda nazirin döyüş bölgəsində olduğu söylənilir. Onun hadisə ilə birbaşa maraqlandığı vurğulanır.

Müdafiə naziri hazırda cəbhə bölgəsindədir.

AzNews.az