Sərhəd rayonlarına ağır texnika yeridildi – ƏMR

2 Avqust 2014 12:39 (UTC+04:00)
Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. AzNews.az-ın əldə etdiyi məlumata görə ordumuzun ağır hərbi texnikası daha çox hücuma məruz qalan sərhəd rayonlarına yerləşdirilib. Məlumata görə, Goranboy rayonuna daha çox hərbi texnika aparılıb.

Məsələ ilə bağlı nazirlikdən hər-hansı açıqlama almaq cəhdimiz baş tutmadı.

İntiqam Valehoğlu
AzNews.az